“Qəbələ” millimizin üzvü ilə yollarını ayırdı

"Qəbələ” qapıçı Andrey Popoviçlə yollarını ayırıb.
 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci ilin yayından "qırmızı-qara” forma geyinən 24 yaşlı futbolçu komandanın heyətində 1 mövsüm çıxış edib. 
 
Qolkiper 2015-2016-cı illər mövsümündə "Qəbələ”də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı "Qəbələ"də yeganə oyunda qapısını toxunulmaz saxlayıb. Popoviç UEFA Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb. Andrey "qırmızı-qaralar”ın heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatını qazanıb.
 
Qeyd edək ki, "Qəbələ" daha öncə Samir Zərgərov, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Ruslan Abışov, Pavel Paşayevlə yolları ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right