Avropa klublarının yeni reytinq cədvəli açıqlanıb.
Newsport.az-ın məlumatına görə, 708 klubun yer aldığı siyahıda Topaz Premer Liqanın 10 iştirakçısının da adı var.
Ən yaxşı göstəriciyə sahib təmsilçimiz olan "Qarabağ" 9 pillə geriləyib. Qurban Qurbanovun komandası 200-cü pilləyə yuvarlanıb.
"Xəzər Lənkəran" 16, AZAL 11, "İnter" 5, "Kəpəz" 3, "Zirə" 1 pillə geriləyib. Əvəzində, "Sumqayıt 21, "Neftçi" 10, "Qəbələ" 9, "Rəvan" 2 pillə irəliləyə bilib.
Azərbaycan Premyer Liqasındakı klublar:
209 (200) "Qarabağ” - 1920 xal (-32)
296 (294) "İnter” - 1622 (-1)
330 (339) "Qəbələ” - 1549 (+41)
366 (376) "Neftçi” - 1447 (+41)
401 (390) AZAL - 1322 (-36)
410 (399) "Zirə” - 1303 (-29)
422 (419) "Kəpəz” - 1256 (-14)
428 (449) "Sumqayıt” - 1233 (+51)
511 (495) "Xəzər Lənkəran” - 1020 (-40)
527 (529) "Rəvan” - 972 (+17)
Qeyd edək ki, siyahıya həmişəki kimi "Barselona” başçılıq edir. İlk "onluq"da ardıcıl olaraq "Real”, "Bavariya”, "Atletiko”, PSJ, "Yuventus”, "Borussiya” (Dortmund), "Mançester Siti”, "Arsenal” və "Benfika” qərarlaşıb.