Ölkə mətbuatında "Xəzər Lənkəran”ın sabiq kapitanı, mövsüm başa çatdıqdan sonra "Zirə” ilə müqavilə imzalayan Tural Cəlilovla bağlı maraqlı məlumat yayılıb.
Belə ki, Azərbaycan milli komandasının sabiq üzvünün Şimal zona birinciliyi çərçivəsində keçirilən Xaçmaz – Qusar oyununda iştirak etməsi və eks komanda yoldaşı Vaquf Güləliyevlə birgə hakimi döyməsi ilə bağlı iddialar ortaya atlılıb.
Newsport.az-ın məlumatına görə, "18” nömrə məsələyə belə münasibət bildirib: "Elə şey ola bilməz. Boş-boş söhbətlərdir. Birincisi, peşəkar futbolçuların zona birinciliyində iştirak etməsi qəti-qadağandır. İkincisi də, bizim uşaqlar həmin çempionatda içştirak edir. Bir neçə dəfə oyunlarını izləməyə getmişəm. Həmin oyunlarda hakimin döyülməsi faktlarına rast gəlməmişəm. Belə iddiaların hardan qaynaqlandığını deyə bilmərəm”.
Qeyd edək ki, həmin xəbərdə hakimin ciddi xəsarətlər aldığı qeyd olunur.
Futbol11.az