"Neftçi” klubunun inzibati binasında Müşahidə Şurasının növbəti iclası keçirilib.
Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Vəli Qasımov 2016/2017-ci illər mövsümü üçün "Neftçi”nin baş məşqçisi vəzifəsinə təsdiq olunub.
Bundan əlavə klubun növbəti mövsüm üçün büdcəsi detallı şəkildə müzakirə edilib.
Qeyd edək ki, bu ilin mart ayında Əsgər Abdullayevin istefasından sonra klubun idman direktoru olan Vəli Qasımov baş məşqçi səlahəiyyətləri icra edirdi.