"Barselona”dan ayrılan Daniel Alveşin yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Braziliya milli komandasının üzvü karyerasını İtaliyada davam etdirəcək. Belə ki, təcrübəli müdafiəçi "Yuventus” klubu ilə müqavilə imzalaycaq.
Bu barədə futbolçu özü məlumat verib. O, yaxın günlərdə müqavilə imzalamaq üçün Turinə gedəcəyini bildirib: "Hər zaman xoşbəxtəm, amma indi daha çox sevincliyəm. "Yuventus”a transfer olunduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Bir neçə günə müqavilə imzalamaq üçün Turinə gedəcəm. Avropa və İtaliyada çempion olmaq istəyirəm. "Barselona” ilə birgə bir neçə kubok qazandım. Bu dəfə İtaliyada futbol oynamaq və Avropanın ən böyük kubokunu "Yuventus”a gətirməyə çalışacam. Tez və ya gec, bir gün "Barsa”ya dönəcəm. Çünki mən "Barselona” azarkeşiyəm”.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2008-ci ildən "Barselona”da forma geyinirdi.