Nelson Bonilla: "Tək nə edə bilərəm axı?"

"Zirə"nin hücumçusu Nelson Bonilla Salvador mətbuatına açıqlama verib.
Newsport.az-ın məlumatına görə, Bonilla yoldaşlıq oyunlarında məğlubiyyətlərdən danışıb:
 
"Yaxşı komanda olmağımız üçün zaman lazımdır. Heyətimizdə təcrübəli və Avropada çıxış edən futbolçular olmalıdır. Tək nə edə bilərəm axı? Mən ulduz futbolçu deyiləm. Biz istəmirdik ki, hər iki görüşdə uduzaq. Problemlərimiz çoxdu. Bunları aradan qaldırmalıyıq. Amma bizi yaxşı günlər gözləyir".
 
Qeyd edək ki, Salvador millisi yoldaşlıq matçlarında Peruya 1:3, Ermənistana 0:4 hesabı ilə uduzub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right