Mövsümü 4-cü pillədə başa vuran "İnter”i daha bir futbolçu tərk edib.
Newsport.az-ın məlumatına görə, George Lomaya, Elşən Poladov, Kamran Ağayev, Laşa Kasradze, Laşa Salukvadze, Yuri Fomenko və Vüqar Nadirovdan sonr Nika Kvekveskiri də "bankirlər”lə vidalaşıb.
Əldə etdiyimiz məlumata görə, paytaxt təmsilçisi Gürcüstan millisinin futbolçusunun xidmətində maraqlı olub və ona yeni müqavilə də təklif olunub. Lakin 24 yaşlı yarımmüdafiəçi şərtlərlə razı olmayıb. Nika "İnter”dən ayrılsa da, çox güman ki, karyerasını Azərbaycanda davam etdirəcək. Onun "Qəbələ” ilə danışıqlar apardığı vurğulanır.
Qeyd edək ki, Nika Premyer Liqanın ötən mövsümündə 29 oyunda iştirak edib və 4 qol vurmağı bacarıb.