Şota Arvaladze “Neftçi”dən təklif aldığını təsdiqlədi

Türkiyədə "Kaysrispor”, "Kasımpaşa” və "Trabzonspor” kimi komandaların baş məşqçisi olmuş gürcü mütəxəssis Şota Arvaladzenin "Neftçi”ni çalışdıra biləcəyi haqda məlumat vermişdik.
Newsport.az-ın məlumatına görə, Arvaladze hətta buna görə bir neçə gün öncə Bakıya gəlmişdi. O, həm 17 yaşlılar arasında Avropa çempionatını izləyib, həm də "Neftçi” rəhbərliyi ilə danışıqlar aparmışdı.
 
43 yaşlı mütəxəssis saytımıza verdiyi açıqlamada yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib: "İki klubdan rəsmi təklif almışam. Bunlar – "Makkabi” (Tel-Əviv) və "Neftçi” (Bakı) klublarını çalışdıra bilərəm. Bundan əlavə, Türkiyə, Rusiya və İspaniyadan da maraq göstərən komandalar var”.
 
Qeyd edək ki, Arveladzenin son iş yeri "Trabzonspor” klubu olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right