Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.
Newsport.az-ın məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi komandamız Kanada milli komandası ilə qarşılaşacaq. Əldə etdiyimiz məlumata görə, sözügedən matçdan öncə millimiz ciddi itki ilə üzləşib. Belə ki, "Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Makedoniya ilə maçtdan sonrakı məşqlərin birində ciddi xəsarət alıb. O, Kanada ilə baş tutan matçda iştirak etməyəcək.
Qeyd edək ki, Azərbaycan – Kanada oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Onu da vurğulayaq ki, millimiz bundan öncə keçirdiyi iki yoxlama matçında qələbə qazana bilməyib. Millimiz Andorra ilə bərabərlik əldə edərək (0-0), Makedoniyaya 1-3 hesabıyla məğlub olub.