Robert Prosineçki: “Hər şey yaxşı olacaq”

"Fansaya getməyə hazırlaşıram. Avropa çempionatını izləməliyəm”.

Newsport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki Serbiya mətbuatına açıqlamasında deyib.
Təcrübəli çalışdırıcı  "DÇ-2018”in seçmə mərhələsində rəqiblərimiz olan Almaniya, Çexiya və Şimali İrlanidiyanın oyunlarına xüsusi diqqət etməli olduğunu vurğulayıb: "Rəqiblərimizin oyununu izləmək vacibdir. Məncə, hər şey yaxşı olacaq. Fransada təhlükəsizliyin təmin olunmasında problem yaşanacağını düşünmürəm. 

Prosineçki sabiq komandası "Srvena Zvezda”nın ölkə çempionu olmasına da münasibət bildirib: "Bilirəm ki, çempionluqdan sonra Belqradda, komandada eyforiya var. Ancaq indi daha ağıllı düşünmək lazımdır. Hədəflər böyüməlidir. Artıq Çempionlar Liqası ilə tanış olmağın vaxtıdır. Əsl böyük oyunlar orda olur”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right