Növbəti mövsüm üçün hazırlıqlarını Türkiyədə keçəcək "Neftçi" yoxlama matçlarında da gücünü sınamağı planlaşdırır.
Newsport.az-ın məlumatına görə, artıq Bakı təmsilçisinin ilk rəqibi bəlli olub.
Bu, Rumıniya çempionatının elitasında çıxış edən "CSMS İaşi" komandasıdı. Bu barədə klubun prezidenti Florin Prunea yerli mətbuata açıqlamasında deyib. Klub başkanı bildirib ki, Bolu toplanışı çərçivəsində "ağ-qaralr”la yoxlama matçı keçirəcəklər. Lakin görüşün nə vaxt baş tutacağı hələ bəlli olmayıb.
Qeyd edək ki, "Neftçi" iyunun 14-də və ya 15-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanmağı planlaşdırır.