Avstriyada təlim-məşq toplanışında olan Azərbaycaan milli komandası bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, Robert Prosineçkinin yetirmələri bu dəfə Kanada milli komandası ilə görüşdə qüvvəsini sınayacaq.
Daha öncə keçirdiyi iki oyundan uğursuz nəticə ilə ayrılan milli komandamız bu günkü matçda qələbə qazanmağa çalışacaq.
Xatırladaq ki, Avstriyada ilk görüşündə Andorra ilə bərabərə qalan (0-0) yığmamız Makedoniyaya 1-3 hesabıyla məğlub olub.
3 iyun
Yoxlama oyunu
21:00. Azərbaycan - Kanada 1-1
Qollar: Akindele Teşo, 44 (0:1), Dmitri Nazarov, 58-pen (1:1)
Baş hakim: Saşa Amhof
Baş hakimin köməkçiləri: Stefan de Almeyda, Vital Yobin
Dördüncü hakim: Adrien Jaccottet (hamısı İsveçrə)
Rohrbax an der Lafnits