Zaur Tağızadə əməliyyat olunub

"Qarabağ"ın məşqçisi Zaur Tağızadə təxminən bir ay öncə ağır zədə alıb.

Newsport.az-ın məlumatına görə, o, məşqçilər korpusunun ikitərəfli oyunu zamanı dabanını zədələyib.

Vəziyyəti ağır olduğundan, yığmamızın sabiq yarımmüdafiəçisi Türkiyədə əməliyyat olunmaq məcburiyyətində qalıb. Ondan sonra Zaura dörd ay məşqlərə çıxmamaq tapşırığı verilib.

Qeyd edək ki, "Qarabağ"ın Azərbaycan çempionatının və kubokunun qalibi kimi mükafatlandırıldığı mərasimlərə Tağızadənin qatılmamasının əsas səbəbi də məhz bu zədəsi ilə bağlıdır.

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right