Roman Qriqorçuk: "Qurban Qurbanov möhtəşəm məşqçi və əla insandır"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda xoş sözlər deyib.
Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Qurban Qurbanovun “İnter”lə çempionat oyununda penaltini kənara vurmaqla bağlı futbolçusuna verdiyi göstərişlə bağlı sualı cavablandırarkən deyib:
 
"Daha öncə söyləmişəm və bir daha təkrar edirəm ki, Qurban Qurbanov möhtəşəm məşqçi və əla insandır. Buna görə də onun "İnter"lə Premyer Liqa matçında futbolçusuna penalti zərbəsini bilərəkdən kənara vurması ilə bağlı göstərişi məni təəccübləndirmədi. Belə bir insanla gözəl münasibətim olduğu üçün şadam. Biz istənilən vaxt zəngləşə və ya hər hansı mövzuda söhbət edə bilərik".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right