"Qarabağ"ın və Albaniya yığmasının müdafiəçisi Ansi Aqolli komandasının avrokubokların yeni mövsümündəki hədəflərindən danışıb.
Newsport.az-ın məlumatına görə, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Avropa çempionatından sonra "Qarabağ"ın düşərgəsinə qayıdacağam. Klubla daha bir illik müqaviləm var və gələcəyim bu komanda ilə bağlıdır. Əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır".