“İnter”in prezidentindən Pərdis Fərcad-Azad məsələsinə münasibət

Məlum olduğu kimi, millimizin sabiq hücumçusu Pərdis Fərcad-Azadın Almaniyada 4 il əvvəlki porno videosunun olduğu aşkara çıxıb. Belə ki, videoda onun və Sebastian adlı şəxsin Qina-Liza Lohfnik adlı alman modeli ilə cinsi əlaqədə olduğu görünür. Sonradan Lohfnik məhkəməyə müraciət edərək hər 2 şəxsi onu zorlamaqda ittiham edib. 
 
Qeyd edək ki, yarı fars, yarı cənubi azərbaycanlı olan Pərdis Fərcad-Azad Almaniyada doğulub. O, 2012-ci ildə AFFA seleksionerləri tərəfindən "Sumqayıt” klubuna "gətirilib”. Daha sonra Pərdis millidə 5 dəfə forma geyinib. 28 yaşlı hücumçu yenicə Bakının "İnter” klubuna transfer olunub.

Newsport.az-ın məlumatına görə,  məsələ ilə bağlı "İnter”in prezidenti Rəşad Qasımov fikir bildirib. 
Qasımov futbolçunu komandadan qovmaq niyyətində olmadığını bildirib: "Bu məsələ 4 il əvvəlindir. Mənə maraqldır ki, indiyədək o, "Sumqayıt”da çıxış edərkən bu məsələ üzə çıxmadı, indi bilərəkdən kimlərinsə, hansısa saytın qərəzinə üzə çıxarıldı. Çünki o, "İnter”də oynayır? Mən bu məsələ ilə bağlı araşdırma aparmağa lüzum görmürəm. Necə olur ki, məhkəmə olur və o məhkəməyə futbolçunun özü çağırılmır. Əgər məhkəmə hökm oxuyarsa və futbolçunu təqsirli bilərsə, o zaman bu haqda düşünmək olar. İndiki halda isə onu komandadan qovmaqdan söhbət gedə bilməz”.

qaynarinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right