“Azərbaycanla oyun bizim üçün yaxşı sınaq olacaq” – Kanada millisinin çalışdırıcısı

"Avstriyada yoldaşlıq oyunları çərçivəsində Azərbaycan və Özbəkistanla qarşılaşacağıq. Düşünürəm ki, hər iki görüş bizim üçün yaxşı sınaq olacaq".
 
Newsport.az-ın məlumatına görə, bu sözləri Kanada millisinin baş məşqçisi Benito Floro sabah millimizlə qarşılaşacaqları yoldaşlıq görüşü barədə danışarkən deyib. Kanada mətbuatına danışan Floro Avstriyadakı təlim-məşq toplanışının komandası üçün faydalı olacağını bildirib:
 
"Avropadakı toplanış bizim üçün çox əhəmiyyətlidir. Çünki bu bizə oyun praktikası qazanmaq və yeni taktiki sxemləri sınaqdan keçirmək imkanı verir. Hər təlim-məşq toplanışında futbolçularım yeni nəsə öyrənir ki, bu da oyunlar zamanı onlara kömək olur". 
 

Qeyd edək ki, sabah millimizlə qarşılaşacaq Kanada yığması 4 gün sonra Özbəkistanla üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right