Bu gün FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlanıb.
Newsport.az-ın məlumatına görə, dünyanın 209 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 5 pillə geriləyib.
Avstriyada keçirilən təlim-məşq toplanışında millimizin Andorrayla heç-heçəsi və Makedoniyaya uduzması reytinq cədvəlinə təsirsiz ötüşməyib.
Robert Prosineçkinin komandası 252 xalla 138-ci pillədə qərarlaşıb.
DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya 4-cü, Şimali İrlandiya 25-ci, Çexiya 30-cu, Norveç 51-ci, San-Marino isə 200-cü yeri tutur.
Qeyd edək ki, siyahıya 1503 xalla Argentina yığması başçılıq edir.