Ağdamın "Qarabağ" klubunun futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb.
Newsport.az-ın məlumatına görə, hadisə ötən gün Aqreste ştatında baş verib.
Doğma şəhərində dincələn forvard şəxsi "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən, motosikli vurub. Qəza nəticəsində motosikl sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.
Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib.
Həmin qəzanın videogörüntülərini təqdim edirik: