Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi” heyətində müəyyən dəyişiklik edəcək.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar” yaxın günlərdə ümidləri doğrultmayan bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Artıq həmin futbolçuların siyahısı da bəlli olmaq üzrədir. Belə ki, mövsümün əvvəlində "Sumqayıt”dan transfer edilən Məhəmməd Qurbanovla yollar ayrılacaq. 24 yaşlı futbolçunun "Sumqayıt”a qayıtmaq ehtimalı böyükdür. Baş məşqçi Vəli Qasımov və klub rəhbərliyi legionerlər – Antonio Salas Quinta və Xuan Alberto Mellinin də çıxışından razı deyil. Hər iki ispaniyalının komandadan göndərilmək ehtimalı olduqca yüksəkdir.
Qeyd edək ki, Anyete mövsümün əvvəlində "Levski” dən trasnfer olunmuşdusa, Melli azad agent kimi komandanın sıralarına daxil edilmişdir.