19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Skopyedəki təlim-məşq toplanışı çərçivəsindəiki yoxlama oyunu keçirəcək.
Newsport.az-ın məlumatına görə, millimiz yerli Makedoniya komandası ilə qarşılaşacaq.
Nazim Süleymanovun yetirmələri Makedoniya U-19-u ilə iyunun 1-də və 3-də üz-üzə gələcək.