Təmsilçimiz avroturnirdə Türkiyəyə uduzdu, İngiltərə ilə heç-heçə etdi

Fransanın Lans və Lill şəhərlərində Avropa məktəbli turnirində iştirak edən “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbin komandası ilk iki oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, futbolçularımızın ilk oyundakı rəqibi Türkiyə çempionu olub.

Qarşılaşma təmsilçimizin 0:6 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bir neçə saat sonra Azərbaycan çempionu İngiltərə təmsilçisi ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. İngiltərə komandası qolu penaltidən vurub. Həmçinin, təmsilçimiz son 10 dəqiqəni 10 nəfərlə keçirib.

Bu gün komandamız Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right