"Zirə"nin salvadorlu hücumçusu Nelson Bonilya bu klubdakı gələcək taleyi barədə fikirlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Klubda mənim daha bir il bu komandada oynamağımı istəyirlər. Hələ yeni müqavilə imzalamamışıq. Hazırda bütün diqqətim yığmamızın oyunlarına yönəlib. "Qarabağ" və "Partizan" variantları da var. Amma bu barədə danışmaq istəmirəm. Bu və digər variantları menecerim daha yaxşı bilir. Hər şey mümkündür. Necə olacağını görəcəyik".
azerisport.az