“Mən bütün cinayəti boynuma alıram və onları Premyer Liqaya buraxmağa hazıram”

"I Divizionda hal-hazırda heç bir komandanın sənədləri hazır deyil. Lisenziyalaşdırma Komissiyasında heç bir komandanın təqdim etdiyi sənədlər qəbul olunmayıb”.
 

Newsport.az-ın məlumatına görə, bu sözlər Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə məxsusdur. "Xəzər TV”də yayımlanan "Futbol Saatı” verilişinin qonağı olan Musayev növbəti mövsümdən Premyer Liqaya vəsiqə qazanacaq komandalar haqqında danışıb: "Bilirsiniz ki, biz həmişə şans vermişik ki, klublarımız çempionatda iştirak etsinlər Premyer Liqada komanda sayının çoxluğu bizim üçün daha yaxşı və xeyirlidir. Premyer Liqada komanda sayı çox olarsa, həm Premyer Liqa maraqlı keçər, həm yerli oyunçularımızın sayı çoxalar. Bizim hər birimizin məqsədi milli komandaya layiqli futbolçu yetişdirməkdir. Əgər komanda az olarsa, necə futbolçu yetişdirə bilərik?”.
 
PFL prezidenti "Zaqatala” və "Turan Tovuz”un növbəti mövsümdən Premyer Liqada çıxış edəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: "Zaqatala”, "Turan Tovuz”, "Mil Muğan” və ya razı olaram ki, "Karvan” bərpa olsun və Premyer Liqaya vəsiqə qazansın. Mən bütün cinayəti boynuma alıram və onları Premyer Liqaya buraxmağa hazıram. Ancaq komandaların yaxşı maliyyəsi olan sponsoru olmalıdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right