Millimizin üzvünə 3 klubdan təklif

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Timur Təməltaşın Türkiyə PTT I Liqasında mübarizə aparan "Altınordu” klubundan ayrılması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 
 

Newsport.az-ın məlumatına görə, baş məşqçi Hüseyn Eroğlu ilə problemi olan futbolçu bu səbəbdən də komandadan göndərilib. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, artıq futbolçunun xidmətində maraqlı olan komandalar da var. Belə ki, Türkiyə PTT I Liqasında mübarizə aparan "Balıkəsirspor” və sözügedən liqaya yeni vəsiqə qazanan – "Ümraniyəspor” və "Bandırmaspor” klubları futbolçunu heyətinə qatmaqda maraqlıdır. Millimizin futbolçusunun son qərarı isə yaxın günlərdə verəcəyi gözlənilir. 
 
Qeyd edək ki, Timurun "Altınordu” ilə müqaviləsi 2018-ci ilin yayında başa çatırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right