“Azərbaycan millisi əvvəllər daha yaxşı oynayırdı”

“Azərbaycanla qarşılaşma bizim üçün çox önəmli idi. Çünki son oyunlardakı nəticələrimiz yaxşı deyildi. Bu qələbədən sonra FİFA reytinqində irəliləyəcəyik”.

“Azərbaycanla qarşılaşma bizim üçün çox önəmli idi. Çünki son oyunlardakı nəticələrimiz yaxşı deyildi. Bu qələbədən sonra FİFA reytinqində irəliləyəcəyik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri açıqlamasında Makedoniya millisinin məşqçisi Argent Bekiri yığmamızla yoldaşlıq oyunundan (3:1) sonra deyib.
 
Bir vaxtlar Makedoniya millisinin şərəfini qorumuş 41 yaşlı mütəxəssis yığmamızın oyunu ilə bağlı da fikirlərini bölüşüb: “Azərbaycan millisi mən oynayan dövrdə  daha yaxşı təsir bağışlayırdı. Bu görüşdə isə komandanız ikinci hissədə inamlı çıxış etdi”.
qol.az
A.Bekiri “Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muaremin milliyə dəvət almamasına da münasibət bildirib: “Muarem əvvəllər Makedoniya millisinə çağırıldı. Son vaxtlar bir qədər oyun təcrübəsindən əziyyət çəkdi. Ancaq yenə onun milli komandada  yeri  var. Yaxşı çıxış etsə, yenidən milliyə dəvət alacaq”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right