Millimiz Makedoniyaya uduzdu YENİLƏNİB

Avstriyada təlim-məşq toplanışında olan milli komandamız bu gün ikinci yoldaşlıq görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Makedoniya ilə qarşılaşıb. 

Görüş yığmamızın məğlubiyyəti ilə yekunlaşıb. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan komandamız ikinci hissədə də oyunda dönüş edə bilməyib - 1:3.

Qeyd edək ki, komandamız Avstriyadakı ilk yoxlama oyununda Andorra ilə heç-heçə edib - 0:0.




29 may

Beynəlxalq yoldaşlıq görüşü 

19:00. Azərbaycan - Makedoniya - 1:3
Qollar: 
Maryan Radeski, 18 (0:1), Qoran Pandev, 32 (0:2), Əfran İsmayılov, 73-pen (1:2), İliya Hestorovski, 90+2 (1:3)
Sarı vərəqə: Qara Qarayev, 37 (Azərbaycan)
Baş hakim: Markus Humeter (Avstriya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right