Rəhim Həsənov AÇ-nin seçmə mərhələ oyununu idarə etdi

Azərbaycanlı FİFA referisi Rəhim Həsənov 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələ oyununu idarə edib.
Newsport.az-ın məlumatına görə, o, 3-cü qrup çərçivəsində Kiyevdə baş tutan Ukrayna - Makedoniya matçında ədaləti qoruyub.
Qarşılaşma makedoniyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həsənov bu oyunda üç sarı vərəqəyə əl atıb ki, onlardan ikisi meydan sahiblərinə, biri isə qonaqlara "nəsib olub".
Qeyd edək ki, Həsənova bu oyunda yan xətt hakimləri Namiq Hüseynovla Vaqif Musayev kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right