Azərbaycan - Makedoniya: hakimlər bəlli oldu

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində mayın 29-da keçiriləcək Azərbaycan - Makedoniya matçının hakimləri müəyyənləşib.

Newsport.az -ın məlumatına görə, oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Markus Hameter olacaq. Ona həmyerliləri Rolan Braunşmidt və Maksimilian Kolbitş köməklik edəcək. Manuel Şüttenqruber isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Avstriyada keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right