Ruslan Abışov “Qəbələ”dən gedişinin səbəbini açıqladı

Milli komandamızın üzvü Ruslan Abışov “Qəbələ”dən ayrıldıqını xəbər vermişdik.
 

Newsport.az-a açıqlamasında Abışov "Qəbələ"dən gedişinin səbəbini belə izah edib:

"Qəbələ"dən halalıqla ayrıldım bu klub mənim üçün doğmadı.Mən bu klubun 2 il formasını geyinmişəm və həmişə özümə qarşı hörmət görmüşəm. Roman Qriqorçukla da heç bir problemim yoxdu, əksinə həmçişə onun dəstəyin görmüşəm hətta zədəli olduqum vaxtlarda da mənə komandanın ehtiyacı olduqun deyirdi. "Qəbələ"yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzu edirəm.Gedişim bir səbəbi var oda ailə qurmaq istəyirəm və paytaxt klubunda oynamaq istəyirəm".

Müdafəçi yeni mövsümdən hansı klubun uğurları üçün tər tökəcəyinə isə millinin Avstriyada keçirilən təlim-məşq toplanışından döndükdən sonra aydınlıq gələcəyin bildirdi. "Hal-hazırda bütün fikrimi millinin təlim-məşq toplanışa yönəltmişəm.İstəmirəm ki,millidən başqa nəsə fikirləşim.Sizə onu deyə bilərəm ki, bir neçə klubla danışıqım olub və Azərbaycana döndükdən sonra yekun qərarı qəbul edəcəm"

Xatırladaq ki, 2014-cü ildə "Rubin"dən “Qəbələ”yə transfer olunan Abışov bu komandanın heyətində 44 oyun keçirib və 3 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right