Rusiyanın "Rubin” klubunun yeni baş məşqçisinin adında aydınlıq gəib.
Newsport.az-ın məlumatına görə, Kazan təmsilçisi bir neçə gün öncə İspaniyanın "Malaqa” klubundan ayrılan Xavi Qarsia ilə müqailə imzalayıb. Klubun rəsmi saytında yer alan məlumata görə, mütəxəssislə 4 illik rəsmi müqavilə imzalanıb.
Maraqlıdı ki, "Rubin” daha öncə "Qalatasaray”ın sabiq futbolçusu və baş məşqçisi George Haci ilə danışıqlar aparmışdı. Belə ki, Haci prezidenti olduğu "Vitrolul” klubundan ayrıldıqdan sonra Kazan təmsilçisindən təklif almış və düşünmək üçün vaxt istəmişdi.
Qeyd edək ki, Rubin Rusiya Premyer Liqasını 10-cu pillədə başa vurmuşdu.