"Nəzərə alsaq ki, əsas heyətin 9 üzvü yox idi bu gün. Gənclərdən qurulmuş komanda çıxmışdı meydana.Buna baxmayaraq qalib gəlməli idik. Oyuna nəzarət tam olaraq bizim tərəfimizdə idi. Bütün oyunu fasiləsiz hücum etdik, rəqib isə əks-hücum şansı axtarırdı. Onların müdafiə xəttini yarmaq çətin oldu".
Bu sözləri millimizin müdafiəçisi Ruslan Abışov Andorra ilə qolsuz bərabərə qaldıqları yoldaşlıq oyunundan sonra Newsport.az-a deyib. Daha sonra o, oyun barədə bunları deyib
"Çünki bütün komanda ilə müdafiə olunurdular. Buna baxmayaraq, çoxlu qol vəziyyəti yaratdıq. Təəssüf ki, onlardan yararlana bilmədik. Bir az bəxtimiz gətirsəydi, matçı asanlıqla qalib başa vurardıq.Andorra ilə heç-heçə oynamaq bizim özümüzə də xoş deyil. Qələbə qazanmaq istəyirdik və qazanmalıydıq".