“Qalatasaray”dən rəsmən ayrıldı

Türkiyənin "Qalatasaray” klubundan ayrılan ilk futbolçunun adına rəsmən aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, mövsümün əvvəlində "Mançester Siti”dən icarəyə götürülən Cason Denayerin müqavilə müddəti artırılmayıb. O, komandadan getdiyini şəxsi "instaqram” hesabı vasitəsiylə açıqlayıb: 
 
"Sevimli komanda yoldaşlarım, sevimli azarkeşlərimiz...Çox danışan insan olmadığımı bilirsiniz. Daha çox meydanda gördüyüm işlə öz sözümü deməyə çalışıram. "Qalatasaray”la müqaviləm başa çatır. Bu formanı geyindiyim üçün qürur duyuram. Komandada özümü çox xoşbəxt hiss edirdim. Klub rəhbərliyinə və azarkeşlərimizə mənə inandıqları üçün təşəkkür edirəm. "QAalatasaray”la birgə Türkiyə kubokunu qazandım. Avrokuboklarda heç vaxt unutmayacağım təcrübə qazandım. Burada keçirdiyim 9 ay mənə möhtəşəm futbol və həyat təcrübəsi qazandırdı. Əfsanəvi komandada oynadım və möhtəşəm şəhərdə yaşadım. Bu komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”. 
 
Qeyd edək ki, Belçika milli komandasının üzvü "Qalatasaray”ın heyətində 17 rəsmi oyunda forma geyinmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right