Yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək "Kəpəz" daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Newsport.az-ın məlumatına görə, klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu açıqlamasında yarımmüdafiəçi Dario Federiko ilə müqavilənin müddətinin daha bir illiyə uzadıldığını bildirib.
Braziliyalı futbolçu 2016/2017 mövsümünün sonuna qədər "Kəpəz"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Gəncə təmsilçisi daha öncə Julien Ebah və Tadas Simaitislə bir illik müqavilə imzalayıb.
Qol.az