Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununda qüvvəsini sınayacaq. Robert Prosineçki komandasının gücünü ilk olaraq Andorra milli komandası ilə qarşılaşmada müəyyənləşdirəcək.
Newsport.az-ın məlumatına görə, artıq milli komandamızın sözügedən qarşılaşma üçün start heyəti də bəlli olub. "Qarabağ” və "Neftçi”nin futbolçuları Azərbaycan kubokunun final qarşılaşmasında iştirak etdikləri və gecə saatlarında Avstriyaya yola düşdükləri üçün bu günkü oyunda istirahət edəcəklər. Əldə etdiyimiz məlumata görə, xorvatiyalı mütəxəssis komandanın oyunöncəsi son məşqində əsas heyət üzvlərini müəyyənləşdirib.
Millimizin Andorra üçün start heyəti belədir:
Anar Nəzirov, Ufuk Budak, Tərlan Quliyev, Adil Nağıyev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Budaq Nəsirov, Dmitri Nazarov, Murad Səttarlı, Elvin Məmmədov, Ağabala Ramazanov.
Qeyd edək ki, Azərbaycan - Andorra oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.