Maksim Medvedev: "Matçda diqtə edən tərəf biz idik"

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Azərbaycan Kubokunun finalında "Neftçi" üzərində qazandıqları qələbəni şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 1:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

"Çox şadam ki, çempionatın ardınca kuboku da qazandıq. Uğurlu oyunlarımızın davamını Çempionlar Liqasında da gətirməyi çox istəyirik. Bizim bu gün matçın əsas vaxtında qol vurmaq üçün imkanlarımız oldu. Elə matçın startında Dani Kintana qapı dirəyini nişan aldı. "Neftçi" də özünü yaxşı tərəfdən göstərdi, sonadək mübarizə apardı. Amma gördüyünüz kimi, "Qarabağ" bu oyunda üstün, meydanda diqtə edən tərəf idi. Məhz bunun nəticəsində biz sonda öz istəyimizə çatdıq". (CBC)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right