Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama matçını keçirəcək.
Newsport.az-ın məlumatına görə, Robert Prosineçkinin komandası Andorra ilə qüvvəsini sınayacaq.
Bu millimizin 2016-cı ildə ikinci oyunu olacaq. Komandamız mart ayında Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Qazaxıstana 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan – Andorra oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq
26 may
Yoxlama oyunu
20:00. Azərbaycan – Andorra 0-0
Hakimlər: Harald Lexner, Andreas Heidenreyx, Maksimilian Kolbitş və Markus Hameter (hamısı Avstriya)