İspaniyanın "Kordoba” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Eddi İsrafilov zədələnib.
Newsport.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.
Məşqlərin birində xəsarət alan yarımmüdafiəçinin bu zədəyə görə bu gün baş tutacaq Sequndanın 40-cı turu çərçivəsində "Mirandes"lə matçda forma geyinib-geyinməyəcəyi məlum deyil.
Qeyd edək ki, İsrafilov millimizin Avstriyadakı təlim-məşq toplanışında da iştirak etməlidi.