Azərbaycan kubokunun final matçında "Qarabağ” və "Neftçi” komandaları üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə,oyundan sonra "Qarabağ”ın təcrübəli futbolçusu Dani Kintana jurnalistlərin suallarıbı cavablandırıb:
- "Neftçi”ni məğlub edib "qızıl dubl”a imza atdınız. Final matçı haqqında fikirlərin necədir?
- Çox çətin oyun oldu. Düşünürəm ki, oyun ərzində hesabı açmaq və ya fərqi daha da artırmaq üçün çoxsaylı qol imkanlarımız oldu. Sonradan hücumlarımızın kəsərini artırdıq ki, rəqibi əks hücumda yaxalamağı bacaraq. Ümumilikdə qələbəyə layiq olduğumuzu və yaxşı oyun sərgilədiyimizi deyə bilərəm.
- Bir neçə epizodda qol vurmaq üçün imkanın olsa da əlinə düşən şanslardan yararlana bilmədin...
- Futbolda belə hallar olur. Bəzən uzun müddət qol vura bilmirsən. Əsas mənim hesabı açmağım yox, komandamın qələbə qazanması idi ki, sonda biz kuboku başımız üzərinə qaldırdıq və "qızıl dubl”a imza atdıq.
- Başa çatan mövsümü özün üçün necə dəyərləndirirsən?
- Komanda olaraq çox xoşbəxtik ki, "qızıl dubl” etməyi bacarmışıq.
- Azərbaycanda oyanayan braziliyalı və ispan futbolçular yaxın münasibətdə olurlar. Necə düşünürsən, Erik Ramos son dəqiqələrdə niyə aqressiv oynadı?
-Bizim Ramosla çox gözəl əlaqələrimiz var. Bu futboldu. Meydançada belə hadisələrə rast gəlmək mümkündür. Bu hadisə də oyun ərzində baş verdi. Ramos matçdan sonra baş verənlərə görə məndən üzr istədi.