Azərbaycan kubokunun finalında "Qarabağ" "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək, mövsümdə "qızıl dubl"la imza atıb.Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra bakılıların futbolçusu Erik Ramos "Neftçi"dəki gələcək karyerası barədə danışıb.
Saytımızın əməkdaşının sualını cavanlandıran paraqvaylı futbolçu "Neftçi"də qalmayacağını bildirib. O, bu gün "Neftçi"də son matçına çıxdığını qeyd edib.
Qeyd edək ki, Ramos 2012-ci ildən "Qarabağ"da çıxış edirdi.