Qurban Qurbanov: "Bu gün Azərbaycan futbolu uddu"

"Həqiqətən nəticə, qələbə öz yerində, düşünürəm ki, bu gün Azərbaycan futbolu uddu. Son vaxtlar derbidə bu qədər azarkeş olmamışdı. Buna görə azarkeşlərə təşəkkür edirəm".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında "Neftçi" ilə oyundan (1:0) sonra açıqlamasında bildirib.

O, futbolçularının qarşılaşma ərzində çox əziyyət çəkdiyini bildirib:

"Mən matçdan öncə də demişdim ki, ən ağır oyunumuz olacaq. Futbolçularımız çox əziyyət çəkdilər. "Neftçi" də qələbəyə layiq idi, biz də. Rəqibin gənc futbolçuları, böyük perspektivləri var.

Deməzdim ki, məğlubiyyətləri müdafiə qapanmaları ilə bağlı idi. Oyun sistemini düzgün seçmişdilər. Sadəcə, bu kuboku qazanmaq  bizim qismətimizdə imiş. "Neftçi"yə uğurlar arzulayıram. Öz futbolçularımızı, rəhbərliyimizi təbrik edirəm".(CBC)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right