"Neftçi"də gərginlik: Qurbanovdan Qasımova sərt etiraz

Hazırda davam edən "Qarabağ" - "Neftçi" oyununda maraqlı məqam diqqətdən yayınmayıb.

Newsport.az-ın məlumatına görə, heç cür oyunu alınmayan "Neftçi" futbolçularından Rəhman Hacıyev adi bir epizodda qapıya zərbə endirib. Bu məqam isə komandanın digər üzvü Ruslan Qurbanovun kəskin etirazına səbəb olub. Qurbanov üzünü baş məşqçi Vəli Qasımova tutaraq əl hərəkətləri ilə Rəhman Hacıyevin əvəzlənməsini istəyib və hələ də niyə görə əvəzlənməməsinə etiraz edib.

Qeyd edək ki, kubokun final oyununda əlavə vaxt oynanılır və hesab açılmayıb - 0:0

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right