"Qəbələ"nin bütün komandaları medal qazandı

Bu mövsüm Azərbaycan çempionatının bütün çempionatlarında iştirak edən “Qəbələ”nin komandaları medal qazanıb.

Newsport.az-ın məlumatına görə, əyalət klubunun bütün yaş qrupları müxtəlif əyalarda medala sahib çıxıblar. Bu, komanda üçün rekord nəticə olub. Yarandığı ildən bu tərəfə ilk dəfə belə nəticəyə imza atan komanda aşağı yaş qruplarına diqqətin bəhrəsini görüb.

Həmçinin əsas komanda son turlarda nəticələrini yaxşılaşdırmaqla Azərbaycan Premyer Liqasını 3-cü yerdə başa vurub. Bu həm də bütün çempionatlarda mübarizə aparan Azərbaycan klubları arasında ən yaxşı göstəricidir.

U-19 – Qızıl

U-17 – Gümüş

U-16 – Qızıl

U-15 – Qızıl

U-14 – Bürünc

U-13 – Bürünc

U-12 – Bürünc

U-11 – Gümüş

U–10 – Gümüş

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right