Skarlatake "İnter”də?

"Xəzər Lənkəran”ın sabiq futbolçusu, ölkəmizdən ayrıldıqdan sonra Rumıniyanın "Astra” klubuna keçən və klubla ölkə çempionu olan Adrian Skarlatakenin Bakının "İnter” klubuna keçəcəyi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 
 

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu məlumatı təsdiq edib: "Bəli, "İnter”lə danışıq aparmışam. Demək olar ki, razılıq əldə etmişik. Amma hazırda istirahətdə olduğum üçün müqavilə imzalamamışam. Yəqin ki, yaxın günlərdə Bakıya gəlib rəsmi müqaviləyə qol çəkəcəm”.
 
Qeyd edək ki, 29 yaşlı futbolçu 2012-15-i illərdə "Xəzər Lənkəran”da forma geyinib.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right