"Qarabağ"dan "qızıl dubl" YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda final oyunu keçiriləcək.

Newsport.az-ın məlumatına görə, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşacaq.

Ardıcıl üçüncü il ölkə çempionu olan Ağdam təmsilçisi “qızıl dubl” etməyə çalışacaq. Mövsümü 6-cı pillədə başa vuran “Neftçi” isə bu uğursuzluğu kuboku qazanmaqla unutdurmaq niyyətindədir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” etmişdi.


25 may (çərşənbə)

Azərbaycan kuboku, final

20:00.“Qarabağ” – “Neftçi” 1-0


Qol: Madeyra, 120

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev 
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev 
Tofiq Bəhramov adına Respublika stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right