UEFA-dan azərbaycanlı hakim Rəhim Həsənova növbəti təyinat gəlib.
Newsport.az-ın məlumatına görə, FIFA referisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna və Makedoniyanın 21 yaşlılardan ibarət millilərinin oyununu idarə edəcək. Ona bu işdə yan xətt hakimləri Namiq Hüseynov və Vaqif Musayev kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, Kiyevdə baş tutacaq qarşılaşma ayın 27-də keçiriləcək.