“İnter”in yay hazırlıq planı: Məkanlar bəlli oldu

Bakının "İnter” klubunun yay hazırlıq planı bəlli olub.

Newsport.az saytının məlumatına görə, Bakı təmsilçisinin harada təlim-məşq toplanışı keçirəcəyi bəlli  olub. 
 
Paytaxt təmsilçisi ölkə xaricinə çıxacaq. Belə ki, iyun ayının ortalarında toplaşacaq kollektiv əvvəlcə Bakıda hazırlıq keçəcək. Bir neçə günlük toplanışdan sonra "İnter” Türkiyəyə yollanacaq. 
 
Premyer Liqadakı son mövsümü dördüncü pillədə başa vuran Bakı təmsilçisinin Türkiyədə hansı bölgələrdə məskunlaşacağı bəlli olub. Qardaş ölkədə iki hissədən ibarət hazırlıq keçəcək "bankirlər” əvvəlcə Ərzurumda daha sonra isə Qızılcahamamda bir araya gələcək. Komandanın hansı rəqiblərlə qarşılaşaağı isə yaxın günlərdə bəlli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right