“Xəzər Lənkəran”ın futbolçusu milliyə çağırıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "İnter”in futbolçusu Abbas Hüseynov yığmanın heyətindən çıxarılıb.
 
Buna onun zədələnməsi səbəb olub. Bu üzdən də Abbas mayın 25-dən iyunun 5-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Onun əvəzinə hazırlıq prosesinə "Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadə dəvət edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right