"Qəbələ”dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib. Ukraynalı futbolçu Aleksey Qay komandanı tərk etmək qərarı qəbul edib.
"Qəbələ” rəhbərliyi futbolçunu komandada saxlamağa çalışsa da, təcrübəli yarımmüdafiəçi buna razılıq verməyib.
Newsport.az Qayın komandanı tərk etməsi səbəbi ilə bağlı bilgi əldə edib. Bizdən olan məlumata görə, təcrübəli yarımmüdafiçinin ailəsi Azərbaycanda xoşbəxt olmayıb. Roman Qriqorçukun sevimli futbolçusu məhz bu səbəbdən də, "qırmızı qaralar”la yeni müqavilə imzalamayıb.
Qeyd edək ki, Aleksey Qay "Qəbələ”nin heyətində uğurlu mövsüm keçirib. O, komanda ilə birgə Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ əldə etməklə yanaşı, Azərbaycan çempionatının bürünc medalını da qazanıb.