Heyətini gücləndirməyə davam edən "İnter” klubu daha bir futbolçu ilə razılığa gəlib.
Newsport.az-ın məlumatına görə, bundan əvvəl Pərdis Fərad Azad, Tərlan Quliyev, Ağabala Ramazanov və Samir Zərgərovu rəsnglərinə bağlayan Bakı təmsilçisi daha bir transferi realladırmaq üzrədi.
Söhbət "bankirlər” üçün yad sima olmayan Səlahət Ağayevdən gedir. Ötən mövsümün əvvəlində "İnter”i "Sumqayıt”a dəyişən Ağayev doğma komandasına qayıtmaq üzrədi. Belə ki, artıq tərəflər arasında ilkin danışıqlar baş tutub və hazırda müqavilənin xırda detalları üzrə danışıqlar davam edir. Səlahət yaxın günlərdə doğma komandası ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, "İnter” əsas qapıçısı Kamran Ağayev başda olmaqla uzun müddət komandanın şərəfini qoruyan Elşən Poladovla vidalaşıb. Komanda həmçinin Vüqar Nadirdov, Yuri Fomenko, Laşa Salukvadze və Laşa Kasradzenin başa çatan müqaviləsini yeniləməyib.